Günün oyunları: “Qalatasaray - Liverpul”
Çempionlar Liqasında 1/8 final mərhələsi başlayır – bu gün 4 oyun keçiriləcək.
90plus.az xəbər verir ki, bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə start veriləcək. Gün ərzində dörd maraqlı qarşılaşma baş tutacaq.
Mərhələnin ilk oyunu İstanbulda keçiriləcək. “Qalatasaray” öz meydanında İngiltərə təmsilçisi “Liverpul”u qəbul edəcək.
Digər üç qarşılaşma isə gecə saatlarında start götürəcək.
Qeyd: Bu gün həm də Azərbaycan Premyer Liqasında 23-cü tura yekun vurulacaq.
Günün oyunları:
Azərbaycan Premyer Liqası, 23-cü tur
Saat 19:15 “Qəbələ” – “Sabah”
TV: CBC Sport
UEFA Çempionlar Liqası, 1/8 final – ilk oyunlar
Saat 21:45 “Qalatasaray” – “Liverpul”
TV: CBC Sport, TRT 1, TV NET, Okko Sport, tabii Turkey, Digiturk Play
Saat 00:00 “Nyukasl” – “Barselona”
TV: CBC Sport, İctimai TV, TV NET, Okko Sport, tabii Turkey
Saat 00:00 “Atalanta” – “Bayern Münhen”
TV: TV NET, Okko Sport, tabii Turkey
Saat 00:00 “Atletiko Madrid” – “Tottenhem”
TV: TV NET, Okko Sport, tabii Turkey
© Copyright 2026, All Rights Reserved