Günün oyunları: “Qalatasaray” - “Yuventus”
Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsi uğrunda pley-off görüşlərinə start veriləcək.
90plus.az xəbər verir ki, bu görüşlərin startından öncə Cənubi Azərbaycan təmsilçisi "Traktor Təbriz" Asiya Çempionlar Liqasında növbəti görüşünə çıxacaq
Saat 20:00-da Qətərdə “Al Qarafa” öz meydanında “Traktor Təbriz”i qəbul edəcək. Qarşılaşma “İdman TV” vasitəsilə canlı yayımlanacaq.
Çempionlar Liqası, pley-off mərhələsi:
Avropada isə gecənin əsas diqqət mərkəzində olan oyun saat 21:45-də keçiriləcək. Türkiyə nəhəngi “Qalatasaray” İstanbulda İtaliya təmsilçisi “Yuventus”la üz-üzə gələcək. Görüş “CBC Sport”, “TRT 1”, “tabii Turkey”, “Digiturk Play Turkey” və “Okko Sport” kanallarında canlı yayımlanacaq.
Gecənin digər üç qarşılaşması isə saat 00:00-da start götürəcək.
Fransada “Monako” öz meydanında PSJ-ni qəbul edəcək. Bu oyun “tabii Turkey”, “Digiturk Play Turkey” və “Okko Sport” vasitəsilə canlı yayımlanacaq.
Portuqaliyada “Benfika” doğma azarkeşləri önündə “Real Madrid”lə qarşılaşacaq. Matç “İctimai TV”, “tabii Turkey”, “Digiturk Play Turkey” və “Okko Sport” kanallarında yayımlanacaq.
Almaniyada isə “Borussiya Dortmund” İtaliya klubu “Atalanta”nı sınağa çəkəcək. Qarşılaşma “CBC Sport”, “tabii Turkey” və “Okko Sport” vasitəsilə canlı təqdim olunacaq.
© Copyright 2026, All Rights Reserved