Günün oyunları: “Qarabağ” tarixi görüşə çıxır

Çempionlar Liqasında günün oyunları: “Qarabağ” və “Fənərbağça” cavab matçlarına çıxır.
90plus.az xəbər verir ki, bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunları keçiriləcək. Azərbaycan və Türkiyə təmsilçiləri növbəti mərhələyə yüksəlmək üçün həlledici matçlara çıxırlar.
Qarabağ – Ferentsvaroş
Saat: 20:45
Stadion: Tofiq Bəhramov adına Respublika Stadionu
Canlı yayımlar: CBC Sport, Okko Sport
İlk oyun: Ferentsvaroş 1-3 Qarabağ
Qurban Qurbanovun rəhbərlik etdiyi komanda səfərdə əldə etdiyi üstünlüyü qoruyaraq mərhələ adlamağa çalışacaq. Azarkeşlər qarşısında daha bir inamlı nəticə “Qarabağ”ı növbəti mərhələyə daşıya bilər.
Benfika – Fənərbağça
Saat: 23:00
Stadion: Estadio da Luz (Lissabon)
Canlı yayımlar: TRT 1, Digiturk Play Turkey, tabii Turkey, Okko Sport
İlk oyun: 0-0
Türkiyə təmsilçisi Lissabonda "Benfika" ilə çətin oyuna çıxacaq. İlk qarşılaşmada qol vurulmayıb və bu səbəbdən cavab matçında hər iki komanda mərhələ üçün ciddi mübarizə aparacaq. "Fənərbağça" minimal səhv buraxmadan səfərdən üstün nəticə ilə dönməyə çalışacaq.
© Copyright 2025, All Rights Reserved