Günün oyunu: Avroliqa, İstanbul finalı 2026
“Aston Villa” Avropa Liqası finalında “Frayburq”la qarşılaşır
UEFA Avropa Liqasının finalında İngiltərənin “Aston Villa” komandası Almaniya təmsilçisi “Frayburq” ilə üz-üzə gələcək.
90plus.az xəbər verir ki, final qarşılaşması 20 may, çərşənbə günü İstanbulda, “Bəşiktaş” stadionunda start götürəcək:
Avropa Liqası, FİNAL:
Saat 23:00 Frayburq - Aston Villa
(Almaniya - İngiltərə)
Yayım: İctimai; TRT 1; Okko Sport; Digiturk Play Turkey; tabii Turkey
“Aston Villa” 1982-ci ildən bəri ilk Avropa kubokunu qazanmaq üçün böyük şans əldə edib. Komandanı bu həlledici oyuna gətirən əsas fiqur isə baş məşqçi Unai Emeridir. İspan mütəxəssis Avropa Liqası tarixinin ən uğurlu məşqçilərindən biridir və bu turniri 4 dəfə qazanıb.
“Frayburq” üçün isə bu final tarixdə ilk böyük titul şansı deməkdir. Bundesliqa klubu indiyədək heç bir böyük kubok qazana bilməyib və qələbə həm də ilk dəfə Çempionlar Liqasına vəsiqə qazandıracaq.
Komandalarda son vəziyyət
“Frayburq”
Almaniya klubunda yapon yarımmüdafiəçi Yuito Suzuki zədə səbəbindən heyətdə yoxdur. O, may ayının əvvəlində “Volfsburq”la oyunda körpücük sümüyünü sındırıb. Patrik Osterheyc isə zədədən qayıdaraq heyətə dönə bilər.
“Aston Villa”
Komandada Amadu Onana son oyunları buraxıb və onun durumu oyuna yaxın dəqiqləşəcək. Bubuqar Kamara isə zədəli olaraq heyətdə yoxdur. Ross Barkli və Alisson Avropa heyətinə daxil edilmədikləri üçün finalda oynaya bilməyəcəklər.
Matç öncəsi statistika və proqnoz
Komandanın əsas hücum silahları Olli Uotkins və Con MakGinndir. Hər iki futbolçu turnirdə 5 qolla komandanın ən məhsuldar oyunçularıdır.
MakGinnin liderlik keyfiyyətləri və Uotkinsin son oyunlardakı yüksək forması “Aston Villa”nı favorit göstərən əsas amillərdəndir.