Günün oyunu: “Feyenoord – Fənərbağça”

Bu gün “Feyenoord” və “Fənərbağça arasında UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunu olacaq.
90plus.az xəbər verir ki, Türkiyənin nəhəng klubu “Fənərbağça” səfərdə Niderland təmsilçisi “Feyenoord”la üz-üzə gələcək.
Mourinyo rəhbərliyində yeni mövsümə iddialı başlayan İstanbul təmsilçisi bu gecə De Kuip stadionunda turnirdəki ilk ciddi sınağına çıxacaq. “Sarı-göylər” bu mərhələni uğurla adlayaraq pley-off öncəsi üstünlük qazanmaq niyyətindədir. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək və S Sport+ Turkey kanalı vasitəsilə canlı yayımlanacaq.
“Fənərbağça” indiyədək Avropa arenasında 286 oyun keçirib. Bu matçların 113-də qalib gəlib, 112-də uduzub, 61 qarşılaşma isə heç-heçə ilə yekunlaşıb. Komanda rəqib qapılarına 391 qol vurub, əvəzində 407 qol buraxıb.
UEFA Çempionlar Liqasının təsnifat mərhələlərində isə bu, İstanbul klubunun 39-cu oyunu olacaq. Əvvəlki 38 görüşdə 14 qələbə, 12 heç-heçə və 12 məğlubiyyət qeydə alınıb. Bu matçlarda “Fənərbağça” 56 qol vurub, 46 top buraxıb.
Komandanın yeni transferləri üçün də bu görüş xüsusi əhəmiyyət daşıyır. Yay transfer pəncərəsində heyətə qatılan Con Düran, Arçi Braun və Nelson Semedu ilə yanaşı, ötən mövsüm icarə əsasında çıxış edən və bu yay bonservisi alınan Milan Şkrinyar da bu axşam meydana çıxmağa hazırdır.
“Feyenoord” – “Fənərbağça” görüşünün cavab oyunu avqustun 12-də İstanbulda keçiriləcək.
© Copyright 2025, All Rights Reserved