ÇL: "Liverpul" son dəqiqə qolu ilə qazandı

"Liverpul"un müdafiəçisi Vircil Van Deyk komandasına son dəqiqə qolu ilə qalibiyyət gətirdi.
90plus.az xəbər verir ki, Çempionlar Liqasının əsas mərhələsində baş tutan bu dramatik qarşılaşmada 5 qol qeydə alındı:
Liverpul 3-2 Atletiko Madrid
Barrios 4'
Salah 6'
Lorente 45+1' 81'
Van Dayk 90+3'
Matçda vurulan qolların videoları:
https://t.me/doxsanplus/107799?single
https://t.me/doxsanplus/107806
https://t.me/doxsanplus/107810
Oyunun analizi:
Aleksandr İsakın “Liverpul”dakı gözlənilən debütü baş tutdu, amma Arne Slotun komandası üçün oyun üzücü bitəcək kimi görünürdü. “Atletiko” 0:2 hesabından geri dönüb bərabərlik qursa da, əlavə vaxtda Vircil van Deyk baş zərbəsi ilə qələbəni təmin etdi.
Komandanın yeni simaları yox, artıq ulduza çevrilmiş oyunçusu “Liverpul”a ilham verdi. Premyer Liqa çempionlarını önə keçirən isə Məhəmməd Salah oldu. Misirli ulduz altı dəqiqə ərzində iki qol epizodunun mərkəzində idi.
Dördüncü dəqiqədə Salahın cərimə zərbəsi Endryu Robertsonun üzərindən yönünü dəyişərək qapıçı Yan Oblakı çaşdırdı. Ardınca o, Rayan Qravenberxlə paslaşmadan sonra zərif toxunuşla ikinci qolu vurdu.
“Liverpul” azarkeşlərinin ofsayd tələbinə baxmayaraq, “Atletiko” fasiləyə saniyələr qalmış Markos Llorentenin zərbəsi ilə hesabı azaltdı – Alisson topu saxlaya bilmədi.
İsak 58-ci dəqiqədə yorğunluq səbəbindən əvəzləndi. “Liverpul” hücumları davam etdirdi və Salah fərqi artırmalı idi, lakin Florian Virtsin gözəl ötürməsindən sonra topu dirəyə vurdu.
2020-ci ilin martında “Enfild”də 1/8 finalda iki qol vuran Llorente bu dəfə də öz sözünü dedi – onun zərbəsi Aleksis Mak Allisterdən dönərək tora düşdü və matçın bitməsinə doqquz dəqiqə qalmış hesab 2:2 oldu.
Amma “Liverpul” təslim olmadı. Bu mövsüm Premyer Liqada olduğu kimi, yenə də son dəqiqələrdə qələbəni qopardı. Van Deyk künc zərbəsindən gələn topu qüvvətli başla tora göndərdi və “Kop” tribunaları coşdu.
Maraqlı: Qarışıqlıq zamanı “Atletiko”nun baş məşqçisi Dieqo Simeone isə texniki zona arxasındakı azarkeşlərlə mübahisəyə qarışdığı üçün qırmızı vərəqə aldı.