Günün oyunu: Millimizin son sınağı Macarıstana qarşı…

Azərbaycan millisi son yoxlama oyununa çıxır - Rəqib Macarıstandır.
90plus.az xəbər verir ki, Azərbaycan milli komandası bu gün DÇ-2026-nın seçmə mərhələsinə hazırlıq çərçivəsində son yoxlama oyununu keçirəcək. Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv Macarıstan yığmasını qəbul edəcək.
Görüş “Liv Bona Dea Arena” stadionunda keçiriləcək və saat 20:00-da start götürəcək. Qarşılaşma CBC Sport telekanalı vasitəsilə canlı yayımlanacaq.
Bu, milli komandamızın seçmə mərələdən əvvəl keçirəcəyi son yoldaşlıq oyunu olacaq.
Xatırlatma: Azərbaycan üç gün əvvəl Latviya ilə qarşılaşmış və həmin oyun qolsuz bərabərliklə (0:0) yekunlaşmışdı.
Macarıstanla matçın baş hakimi belaruslu Viktor Şimusik olacaq.
Qeyd: Azərbaycan millisi sentyabr ayında DÇ-2026-nın seçmə mərhələsində Fransa, Ukrayna və İslandiya ilə eyni qrupda mübarizəyə başlayacaq.
© Copyright 2025, All Rights Reserved