Günün oyunu: “PSJ - Lill”: Analiz
Fransa Liqa 1-in 18-ci turunun mərkəzi qarşılaşmalarından biri bu gecə Parisdə baş tutacaq. “Paris Sen-Jermen” doğma “Park de Prens” stadionunda “Lill”i qəbul edəcək.
90plus.az xəbər verir ki, matç ərəfəsində PSJ-nin heyətində müəyyən problemlər yaşanır. Baş məşqçi Luis Enrike rəqabətədavamlı start heyəti formalaşdırsa da, zədəyə görə Neveş bu oyunda komandasına kömək edə bilməyəcək. Bundan başqa, bəzi futbolçuların milli oyunlardan (AFCON) sonra tam hazır olmaması ehtimalı da var.
Kubok məğlubiyyətindən sonra reaksiya gözlənilir
PSJ bazar ertəsi Fransa Kubokunun 1/8 finalında “Paris FC” klubuna 0:1 hesabı ilə uduzub. Bu səbəbdən parislilər Liqa 1-də “Lill”ə qarşı matçda reaksiyalı çıxış etməyə çalışacaq.
Turnir cədvəli baxımından vacib oyun
Günün oyunu
Saat 00:00 PSJ - Lill
TV: Setanta Sports 1; Okko Sport; beIN CONNECT Turkey; beIN Sports 3; TOD Turkey.
© Copyright 2026, All Rights Reserved