Gürcü futbolçu Ç/L-in tarixinə düşdü

Dünən axşam UEFA Çempionlar Liqasının pley-off mərhələsində iki Fransa klubu – PSJ və "Brest" arasında cavab qarşılaşmasında gürcü Kvara tarixə düşüb.
90plus.az xəbər verir ki, Luis Enrikenin PSJ-si 7:0 hesabı ilə qələbə qazanıb və bu oyunda qollardan birini vinger Xviça Kvaratsxeliya qeydə alıb.
Bununla da o, tarixə düşüb. Belə ki, Xviça Çempionlar Liqasının pley-off mərhələsində qol vuran ilk gürcü futbolçu olub.
Qeyd: Kvaratsxeliya qış "transfer pəncərəsi" zamanı Paris klubuna qoşulub. O, paytaxt təmsilçisi ilə 2029-cu ilin yayına qədər müqavilə bağlayıb. Kvaratsxeliya Fransa çempionatında iştirak etdiyi 4 oyunda 1 qol vurub və 1 məhsuldar ötürmə edib.
© Copyright 2025, All Rights Reserved