Gürcüstanlı hücumçu La Liqa klubunda

İspaniyanın "Vilyarreal" komandası hücum xəttinə yeni futbolçu cəlb edib.
90plus.az xəbər verir ki, “sarı sualtı qayıq” Fransanın “Lion” klubundan Jorj Mikautadzeni heyətinə qatıb. Transfer barədə məlumatı klubun mətbuat xidməti yayıb.
“Vilyarreal” bu keçid üçün “Lion”a 31 milyon avro əsas, 5 milyon avro isə bonus olmaqla ümumilikdə 36 milyon avro təzminat ödəyəcək. 24 yaşlı hücumçu ilə 2031-ci ilin yayına qədər qüvvədə olacaq müqavilə imzalanıb.
Xatırlatma: Jorj Mikautadze ötən ilin yayında “Mets” klubundan “Lion”a transfer olunmuşdu. Gürcüstan millisinin üzvü Fransa təmsilçisinin heyətində keçirdiyi 49 rəsmi oyunda 18 qol vurub və 11 assistlə yadda qalıb.
© Copyright 2025, All Rights Reserved