Gyökereş qollarından danışdı

Gyökereş: “Şansımın gələcəyini bilirdim“. "Arsenal”ın hücumçusu Viktor Gyökeres Premyer Liqadakı ilk qollarını şərh edib.
90plus.az xəbər verir ki, isveçli forvard “Lids Yunayted”lə matçda (5-0) dubl etdikdən sonra fikirlərini bölüşüb:
“Hər zaman təzyiq var. Şansımın gec-tez gələcəyini bilirdim. Bu gün iki dəfə qol vurdum və 5:0 qalib gəldik.”
Qol sevincində etdiyi maraqlı jest də diqqət çəkib. İkinci qoldan sonra saçlarını düzəldirmiş kimi hərəkət edən Gyökereş bunun səbəbini açıqlayıb:
Müxbir: “Bu hərəkət media üçün idimi?”
Gyökereş: “Bəli.” (gülür)
Xatırlatma: Oyundan əvvəl Mikel Arteta futbolçu barədə danışaraq onun qollarının tezliklə gələcəyinə inamını ifadə etmişdi:
“Onunla çox işləməliyik. Əminəm ki, qollarını vurmağa başladıqda həm o, həm də biz çox xoşbəxt olacağıq. Ona kömək etməli olduğumuzu, məsuliyyətlərimizi və bunu necə bacaracağımızı yaxşı bilirik.”
Artetanın sözləri doğruldu – Gyökereş nəhayət hesabını açdı və artıq “Arsenal” azarkeşlərinə ümid verən performans sərgilədi.
© Copyright 2025, All Rights Reserved