Gyökeres yaxınlarına “Arsenal”a keçəcəyini deyib

“Gyökeres ailə və dostlarına bildirib ki, “Arsenal”a keçəcəyini gözləyir”.
90plus.az xəbər verir ki, talkSPORTun baş futbol müxbiri Aleks Kruk bu məlumatı paylaşıb və “Arsenal”ın bu yay “Sportinq”in hücumçusu Viktor Gyökeresi transfer etməyə daha da yaxınlaşdığını qeyd edib.
İngiltərə klubu artıq uzun müddətdir, isveçli forvardla maraqlanır və paralel olaraq “Leypsiq”in hücumçusu Benyamin Şeşko ilə də danışıqlar aparır. Lakin son məlumatlar Gyökeresin London klubuna daha yaxın olduğunu göstərir.
“Mənə təxminən 24 saat əvvəl bir məlumat gəldi. Bildirilib ki, Viktor Gyökeres ailəsi və dostları ilə söhbətlərində “Arsenal”a keçəcəyini gözlədiyini deyib.
“Bilirik ki, “Mançester Yunayted” də onunla maraqlanır. Orada Rüben Amorimlə əvvəlki münasibət də rol oynaya bilər.
“Amma “Arsenal” Çempionlar Liqası və gələn mövsüm Premyer Liqa tituluna real iddia imkanlarını təklif edə bilər.
“Digər tərəfdən, “Sportinq” transferə ciddi müqavimət göstərir. Gyökereslə klub arasında gərginlik yaşanıb, çünki futbolçunun agenti onun 60 milyon funt sterlinqə gedə biləcəyinə dair centlmen razılığı olduğunu bildirib. Klub isə təxminən 80 milyon funt tələb edir.
“Arsenal” hazırda həm onunla, həm də Şeşko ilə maraqlanır. “Leypsiq”lə danışıqlara da start verilib. Amma bu an üçün deyə bilərəm ki, Gyökeres daha real görünür,” – deyə Aleks Kruk bildirib.
© Copyright 2025, All Rights Reserved