Haaland: “Motivasiyam oğlumdur”

Haaland: “Oğlum Odinlə vaxt keçirmək məni çox xoşbəxt edir”.
90plus.az xəbər verir ki, “Mançester Siti”nin norveçli ulduzu Erlinq Haaland atalıq sevincini bölüşüb. Hücumçu ailə həyatının onun üçün nə qədər önəmli olduğunu bildirib.
“Uşağım olandan sonra özümü daha yaxşı hiss etməyə başladım. Oğlum Odinlə vaxt keçirmək məni çox xoşbəxt edir. Futbolla işim bitən kimi evə tələsirəm ki, oğlumu görüm. Məni ən çox rahatladan şey evə gəlib uşağımı və həyat yoldaşımı görməkdir.”
Norveçli forvard əlavə edib ki, ailəsi onun üçün motivasiyanın əsas mənbəyidir və futboldakı uğurlarında böyük paya malikdir.
© Copyright 2025, All Rights Reserved