Haalanddan komanda yoldaşına tərifli sözlər
“Mançester Siti”nin ulduz hücumçusu Erling Haaland komanda yoldaşı Rayan Çerkinin son oyundakı performansından razı qalıb.
90plus.az xəbər verir ki, Norveçli forvard “Sky”a açıqlamasında bildirib:
“Hamımız onun keyfiyyətlərini bilirik. İndi məqsəd hər kəsdən ən yaxşısını çıxarmaqdır! Bu gün mənə iki möhtəşəm asist etdi, ümid edirəm daha çoxu gələcək.”
Qeyd: Dünən baş tutan "Man Siti" - "Bounmut" oyunu 3-1 hesabı ilə ev sahiblərinin qələbəsi ilə başa çatıb. Oyunda Haaland 2 qol, Çerki isə 2 assistlə yadda qalıb.
Haalandın bu açıqlaması azarkeşlər arasında Çerkinin əsas heyətdəki yerini möhkəmləndirəcəyinə dair ümidləri artırıb.
© Copyright 2025, All Rights Reserved