Haalandın Premyer Liqada yeni rekordu var

Erlinq Haaland Premyer Liqa tarixində yeni rekorda imza atdı.
90plus.az xəbər verir ki, “Brentford”a qarşı vurduğu qolla Erlinq Haaland Premyer Liqa tarixində unikal göstəriciyə nail olub.
Norveçli hücumçu “Mançester Siti”nin 1:0 hesablı qələbəsində yeganə qolun müəllifi olmaqla, Premyer Liqada çıxış etdiyi 23 stadiondan 22-də qol vurmağı bacarıb. Bu göstərici liqa tarixində ən yüksək faizlə — %96 ilə qeydə alınıb.
Haaland yalnız bir arenada — “Liverpul”un “Enfild” stadionunda qol vura bilməyib.
Məlumatı statistik platforma OptaJoe paylaşıb.
© Copyright 2025, All Rights Reserved