Haitililər tariximizdə 72-ci oldular

Azərbaycan yığması tarixində ilk dəfə Haiti komandası ilə qarşılaşacaq.
90plus.az verir ki, KONKAKAF təmsilçisi ilə yoldaşlıq görüşü martın 22-də baş tutacaq.
Beləliklə, Haiti milli komandamızın tarixində 72-ci rəqib olacaq. İlk rəsmi oyununu 1992-ci ildə keçirən yığmamız indiyədək 71 müxtəlif komanda ilə qarşılaşıb.
Haiti KONKAKAF zonasında üz-üzə gəldiyimiz 5-ci rəqibdir. Bundan əvvəl millimiz Trinidad və Tobaqo, ABŞ, Kanada və Honduras komandaları ilə oynayıb.
© Copyright 2025, All Rights Reserved