Hakan Çalhanoğlu "Qalatasaray"a bir az da yaxınlaşdı

Türkiyə millisinin ulduz futbolçusu Hakan Çalhanoğlu karyerasını “Qalatasaray”da davam etdirməyə çox yaxındır.
90plus.az xəbər verir ki, hazırda “İnter” klubunun formasını geyinən yarımmüdafiəçi İstanbul təmsilçisinə keçməyə razılıq verib.
Futbolçunun özü də bu transferdə maraqlıdır və ailəsi ilə birlikdə Türkiyəyə qayıtmaq istəyir. “Qalatasaray” rəhbərliyi ilə ilkin şərtlər razılaşdırılıb. İndi isə İstanbul təmsilçisi “İnter”lə bonservis məsələsini həll etməyə çalışır.
İtaliya klubu 30 milyon avroya yaxın məbləğ tələb etsə də, “Qalatasaray” bu məbləği azaltmağa çalışır. Danışıqların 25 milyon avro civarında yekunlaşacağı gözlənilir.
Məlumata görə, Hakan Çalhanoğluna 2028-ci ilə qədər olan müqavilə çərçivəsində illik 10 milyon avro maaş təklif edilib. Bu, Super Liqa tarixinin ən yüksək məvaciblərindən biri olacaq.
© Copyright 2025, All Rights Reserved