Hakimi söydü, 6 oyunluq cəza aldı
İspaniya Futbol Federasiyasının İntizam Komitəsi "Sevilya"nın müdafiəçisi Markaoya ağır cəza tətbiq edib.
90plus.az xəbər verir ki, braziliyalı futbolçu 6 oyunluq diskvalifikasiya olunub. Qurumun mətbuat xidməti bununla bağlı açıqlama yayıb.
Markaonun belə ağır cəza almasının səbəbi La Liqanın 17-ci turunda "Real"la (0:1) görüşdəki davranışlarıdır. 29 yaşlı mərkəz müdafiəçisi qırmızı vərəqə aldıqdan sonra matçın baş hakimini təhqir və hədələyib.
Qeyd: "Sevilya" Markaonu 2022-ci ilin yayında "Qalatasaray"dan 13 milyon avroya transfer edib. Təcrübəli oyunçu bu mövsüm La Liqa komandasında 13 rəsmi oyunda iştirak edib və 1 qol vurub.
© Copyright 2026, All Rights Reserved