"Hall Siti" "Çelsi"yə boyun əydi
İngiltərədə FA Cup 4-cü tur mərhələsində maraqlı qarşılaşma baş tutub. Acun Ilıcalının sahibi olduğu “Hall Siti” doğma meydanda Premyer Liqa nəhəngi “Çelsi”ni qəbul edib.
90plus.az xəbər verir ki, MKM Stadionunda keçirilən oyunda üstün tərəf qonaqlar olub. “Çelsi” ilk hissəni minimal hesablı üstünlüklə başa vursa da, ikinci yarıda əsl qol şousu nümayiş etdirib.
Komandanın braziliyalı futbolçusu Neto matçın qəhrəmanına çevrilib. O, 40, 51 və 71-ci dəqiqələrdə fərqlənərək het-trikə imza atıb. Digər qolu isə 59-cu dəqiqədə Estevao vurub.
Beləliklə, qarşılaşma “Hall Siti”nin 0:4 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
40’, 51’, 71’ – Neto
59’ – Estevao
© Copyright 2026, All Rights Reserved