Hamit Altıntop “Qarabağ”dan danışdı
“Qarabağ” həm Azərbaycanın, həm də Türkiyənin qürurudur" — Hamit Altıntop
90plus.az xəbər verir ki, Türkiyə millisinin sabiq futbolçusu Hamit Altıntop “Qarabağ”la bağlı yüksək fikirlər səsləndirib. Onun sözlərinə görə, ağdamlılar təkcə ölkəmizin deyil, Türkiyənin də qüruruna çevriliblər:
“‘Qarabağ’ həm Azərbaycanın, həm də Türkiyənin qüruru olub. Nəticələr adamı qürurlandırır. Klub olaraq sistemli struktur qurublar və ildən-ilə təkmilləşdirməkdə davam edirlər. ‘Çelsi’ ilə oynamaq böyük fürsət və yaxşı təcrübədir. Nəticəsindən asılı olmayaraq bu mərhələdə olmaq ölkə futbolunun nüfuzunu artırır. Deyərdim ki, ‘Qarabağ’ bir çox Avropa komandasına da nümunədir.”
Bu fikirləri Altıntop Azərtaca açıqlamasında bildirib.
Qeyd: “Qarabağ” Çempionlar Liqasının qrup mərhələsində “Çelsi” ilə qarşılaşacaq və bu duel həm klub, həm də Azərbaycan futbolu üçün tarixi əhəmiyyət daşıyır.
© Copyright 2025, All Rights Reserved