Hansi Flik "Barselona" ilə 100-cü matçına çıxdı
Hansi Flik "Barselona"nın baş məşqçisi kimi 100-cü matçına çıxıb. Bu gün kataloniyalılar La Liqanın 26-cı turunda "Vilyarreal"ı 4:1 hesabı ilə üstələyiblər.
90plus.az xəbər verir ki, alman mütəxəssisin rəhbərliyi altında "Barselona" 75 qələbə qazanıb, 9 dəfə heç-heçə edib və 16 dəfə uduzub. Komanda 281 qol vurub, 119 qol buraxıb.
Flik rəhbərliyində "Barselona" 4 titul qazanıb: İspaniya La Liqası, İspaniya Kuboku və iki dəfə İspaniya Superkuboku.
© Copyright 2026, All Rights Reserved