Hansi Flik: “Barselona”nı çalışdırmaq xəyal idi”
“Barselona”nın baş məşqçisi Hansi Flik klubda qalmaq istəyini bir daha təsdiqləyib.
90plus.az xəbər verir ki, Kataloniya təmsilçisinin çalışdırıcısı Mundo Deportivo Qalasında çıxışı zamanı klubuna olan sevgisindən və gələcək planlarından danışıb:
“Bu qədər uğurun əks olunduğu görüntüləri görəndə insan dəli olur, həqiqətən çox təsirlidir. Burada işləmək böyük zövqdür. Fantastik prezidentimiz, məşqçi heyətimiz, futbolçularımız və azarkeşlərimiz var. Hazırda möhtəşəm bir dövr yaşayırıq.
Mən burada çox xoşbəxtəm və uzun illər burada qalmaq istəyirəm. ‘Barselona’nı çalışdırmaq mənim üçün bir xəyal idi.”
Eyni zamanda klubun prezidenti Joan Laporta da Flikin gördüyü işdən və şəxsiyyətindən razı qaldığını, alman mütəxəssisi uzun illər komandada saxlamaq istədiyini bildirib.
Qeyd: Hansi Flikin “Barselona” ilə mövcud müqaviləsi 2027-ci ildə başa çatır.
© Copyright 2026, All Rights Reserved