Hansi Flik uğursuz başlayan Reşforda güvənir

“Barselona”nın baş məşqçisi Hansi Flik İspaniyada zəif start götürən Markus Reşforda tam arxayındır. Bu barədə Diario Sport məlumat yayıb.
90plus.az xəbər verir ki, yayda “Mançester Yunayted”dən transfer olunan hücumçu dörd oyunda hələ qol vurmamışdı. Bununla belə, Flik 27 yaşlı futbolçunun yaxşı irəlilədiyini düşünür. İngiltərə millisinin üzvü “Valensiya” üzərində 6:0 hesablı qələbədə məhsuldar ötürmə ilə yadda qalıb və Robert Levandovski, Rafinya ilə əlaqəli oyunda özünü yaxşı göstərib.
Xəbərə görə, Flik yaxın əməkdaşlarına Reşfordun taktiki tələblərə sürətlə uyğunlaşdığını və tezliklə qol vuracağını bildirib. Baş məşqçi onun pressinqi və hərəkətlərini “Barselona”nın dinamik hücum oyununda həlledici amil kimi dəyərləndirib və səbrin vacibliyini vurğulayıb.
Azarkeşlər hələ də ondan qol gözləsəyir, amma Flikin fikrincə, Reşfordun açılışı yalnız zaman məsələsidir.
© Copyright 2025, All Rights Reserved