Hansi Flik: “Yamala yaxşı qayğı lazımdır”
Flik: “Yamala yaxşı qayğı göstərmək çox vacibdir”.
90plus.az xəbər verir ki, “Barselona”nın baş məşqçisi Hansi FlikmLamin Yamalın İspaniya millisinə çağırılması ilə bağlı fikirlərini bölüşüb.
Alman mütəxəssis gənc futbolçunun vəziyyətindən razı qaldığını bildirib:
“Yamala yaxşı qayğı göstərmək çox vacibdir. Mən bunu edirəm. O, artıq gündəlik rejimini dəyişib, indi özünü çox daha yaxşı hiss edir. Yaxşı məşq edir, hətta zalda da çalışır. Bu, zədəsinin sağalması üçün çox önəmlidir.”
Xatırlatma: Yamal zədə səbəbindən bir müddət yaşıl meydanlardan uzaq qalmışdı, lakin son günlərdə o, fərdi məşqləri bərpa edib və yaxın vaxtlarda tam hazır vəziyyətə gəlməsi gözlənilir.
© Copyright 2025, All Rights Reserved