Harden 10-cu yerə yüksəldi, Karmelo Antonini qabaqladı
90plus.az xəbər verir ki, NBA-də “Los Angeles Klippers”ın ulduzu Ceyms Harden komandasının “Minnesota Timbervulvz”a 109–106 hesabı ilə uduzduğu qarşılaşmada 34 xal toplayaraq liqa tarixində ən çox xal vuran oyunçular sıralamasında 10-cu pilləyə yüksəlib.
“Target Senter”də baş tutan qarşılaşmada ev sahibi “Timbervulvz” Jeyden MakDenielsın 27, Culius Rendlinin isə 24 xalı ilə qələbə qazanaraq ardıcıl 5-ci, mövsümdə isə 15-ci qələbəsini əldə edib.
“Klippers”də Hardenın 34, Kavay Leonardın isə 20 xalı komandanı mövsümün 18-ci məğlubiyyətindən xilas etməyə kifayət etməyib.
Karyerasında toplam 28 min 303 xala çatan Ceyms Harden Karmelo Entonini (28 min 289 xal) geridə qoyaraq NBA-in normal mövsümlər üzrə bütün zamanların ən çox xal vuran 10-cu oyunçusu olub.
© Copyright 2026, All Rights Reserved