Harri Keyn "Barselona" transfer iddialarını rədd etdi
“Bayern Münhen”in İngiltərəli hücumçusu Harri Keyn mart ayında keçiriləcək “Barselona” prezidentlik seçimi öncəsi ortaya çıxan transfer iddialarını təkzib edib. “Barselona” prezidentliyə namizəd adayı Xavi Vilajoana tərəfindən səsləndirilən “Keyn ilə əlaqə saxladıq” açıqlamasına İngilis forvardın sərt cavabı gecikməyib.
90plus.az xəbər verir ki ,Keyn açıqlamasında bildirib ki, Katalonya klubundan heç bir təklif almayıb və hazırda diqqətini yalnız “Bayern Münhen”dəki karyerasına və məqsədlərinə yönəldib. Təcrübəli oyunçu bütün danışıqlarını atası və qardaşı vasitəsilə idarı edildiyini qeyd edib.
O deyib:
“Bu barədə heç nə eşitmədim. Ailəm mənə bu yöndə heç bir təklif və ya görüşmə bildirməyib. ‘Barselona’ kimi böyük bir klubun marağı isə xoş hal kimi qiymətləndirilə bilər. Mən tamamilə ‘Bayern Münhen’də qalmaqdan və komandamla qazanacağımız kuboklara fokuslanmaqdan məmnunam.”
Bu mövsümdə 32 yaşlı Keyn “Bayern Münhen”lə 36 rəsmi oyunda iştirak edib, 43 qol və 5 asist kimi möhtəşəm statistika göstərib. Beləliklə, “Barselona”dan gələn transfer xəbərlərinə İngiltərəli ulduz mədəni, lakin qəti şəkildə “yox” cavabı verib.
© Copyright 2026, All Rights Reserved