Harri Keyn "Bayern"də 100-cü qolunu vurdu- VİDEO

İngiltərə millisinin kapitanı Harri Keyn Bundesliqada keçirilən, hazırda davam edən (3-0) "Verder" ilə oyunda dubl edərək "Bayern Münhen" forması ilə 100-cü qoluna imza atdı.
90plus.az xəbər verir ki, Allianz Arenada baş tutan qarşılaşmada Keyn əvvəlcə komanda yoldaşı Yonatan Tahın ilk hissədə vurduğu qoldan sonra penaltidən fərqlənərək hesabı 2:0-a yüksəltdi. Bu qolla o, Münhendə azarkeşlərin sevimlisinə çevrildiyini bir daha sübut etdi.
İkinci hissədə daha bir dəqiq zərbə ilə fərqlənən Keyn 100-cü qolunu rəsmiləşdirdi. Bu mövsüm isə onun aktivində artıq 16 qol var.
Ötən şənbə günü "Hoffenhaym"a qarşı het-trik edən ulduz hücumçunun məhsuldar çıxışı baş məşqçi Vensan Kompaninin rəhbərliyi altında "Bayern"in çempionluq yürüşünə böyük təkan verir. Münhen təmsilçisi hazırda Bundesliqanın zirvəsində qərarlaşıb.
Vurduğu qolun videosu:
https://t.me/doxsanplus/108272
© Copyright 2025, All Rights Reserved