Harri Keyn getməyəcək
Harri Keyn “Bayern Münhen”də qalmaq qərarı verib.
90plus.az xəbər verir ki, “Bayern Münhen”in hücumçusu Harri Keyn yanvar transfer pəncərəsində klubdan ayrılmaq niyyətində deyil. İngiltərəli futbolçu müqaviləsində yer alan 65 milyon avroluq sərbəst qalma maddəsini işə salmayacaq.
“Tottenhem”ə mümkün möhtəşəm qayıdışla bağlı iddialara və “Barselona”nın marağına baxmayaraq, 32 yaşlı hücumçu Almaniya nəhəngində qalmağı planlaşdırır.
Məlumata görə, Keyn 2026 Dünya Kubokundan sonra “Bayern Münhen”lə yeni müqavilə ilə bağlı danışıqlara başlamağı düşünür. Onun klubla hazırkı müqaviləsi isə 2027-ci ilin yayına qədər qüvvədədir.
🔗: BILD
© Copyright 2026, All Rights Reserved