Harri Keyni bölüşə bilmədilər

“Bayern Münhen”in idman direktoru Maks Eberl Harri Keynin gələcəkdə yenidən “Tottenhem”ə qayıdacağı ilə bağlı yayılan şayiələrə münasibət bildirib.
90plus.az xəbər verir ki, o belə deyib:
🔊 “O, artıq kifayət qədər təcrübəlidir və qərarlarını özü verir. Maddə var, ya yoxdur — fərq etmir. Əgər o, qərar vermək istəsə, bunu edəcək, necə ki, “Tottenhem”də göstərmişdi. Amma bizim istəyimiz təbii ki, Harri ilə bu mövsüm və gələcəkdə çox uğurlu olmaqdır!
Onun yaşında hələ də meydanda böyük irəliləyiş etməsi təəccüblüdür. Biz onu “Tottenhem”dən qol vuran bir hücumçu kimi tanıyırdıq, amma indi komandamızda göstərdiyi oyun, meydandakı liderliyi, komanda üçün özünü fəda etməsi sübut edir ki: O sadəcə titullar qazanmaq istəyir! Bu onun aclığıdır, bunu bizimlə edə bilər, biz də bunu onunla etmək istəyirik”.
Digər tərəfdən, sabiq “Mançester Yunayted” futbolçusu və hazırda şərhçi olan Qari Nevill isə Harri Keynin “Çelsi”yə transferinə dəstək verib:
🔊 “Məncə, “Çelsi” elə bir klubdur ki, Harri orada ən böyük təsirini göstərə və ən çox qol vura bilər. Hazırkı heyətə baxanda görürsən ki, ön xətdə yetərincə güclü fiqur yoxdur. Ətrafında isə Palmer və digərləri kimi enerjili, istedadlı oyunçular var. Kane “Çelsi” üçün əla seçim olardı, amma sual budur: O, London derbisindəki rəqabətə görə “Çelsi”yə keçə bilərmi?”
© Copyright 2025, All Rights Reserved