Həbib Nurməhəmmdov Arda Gülərlə görüşdü
Dünyaca məşhur UFC əfsanəsi Həbib Nurməhəmmədov İspaniyanın nəhəng klubu "Real Madrid"in məşq bazasını ziyarət edib.
90plus.az xəbər verir ki, Dağıstan əsilli sabiq yüngül çəki çempionu sosial şəbəkədə – 43.5 milyon izləyicisi olan hesabında etdiyi paylaşımlarla diqqət mərkəzinə düşüb. O, səfər zamanı komandanın gənc ulduzu Arda Gülər ilə də görüşüb.
Görüntülərdə Brahim Diaz və Arda Gülər Xabibin yanından keçərkən məşhur döyüşçü onlara “Salamün aleykum” deyə müraciət edir. Hər iki futbolçu isə qısa şəkildə “Aleykum salam” cavabını verir.
Həbib Nurməhəmmədovun lentə alaraq paylaşdığı bu anlar qısa zamanda sosial mediada viral olub və böyük maraqla qarşılanıb.
Bundan əlavə, əfsanəvi döyüşçü "Real Madrid"in bir neçə futbolçusu ilə də xatirə şəkilləri çəkdirib.
© Copyright 2026, All Rights Reserved