Həbibin avtomobili təcili satışda

Qarışıq döyüş üzrə məşhur idmançı Həbib Nurməhəmmədova aid "Mercedes-AMG GT" avtomibili təcili satılır.
90plus.az xəbər verir ki, bu avtomobili 2016-cı ildə iş adamı Ziavudin Maqomedov Habiba hədiyyə edib.
Həmin iş adamı sonradan 18 il azadlıqdan məhrum edilib.
Nurməhəmmədov 2022-ci ilə qədər avtomobilə sahib olub, sonra onu Mahaçqaladan olan pərəstişkarına satıb. Yeni sahibi avtomobili yenidən öz adına rəsmiləşdirməyib və yeraltı dayanacaqda saxlayıb. "Mercedes"in içərisində Həbib Nurməhəmmədovun adı yazılmış lövhə var.
İyulun 5-də məhkəmə icraçıları Nurməhəmmədova qarşı 79,4 milyon rubl borcuna görə cərimə icraatına başlayıblar. "Mercedes-AMG"nin əlindən alına biləcəyindən qorxan maşının yeni sahibi onu satışa çıxarıb.
Hazırda kupe 16 milyon rubla (təxminən 320 min manat) satılır. Onun mənzillə dəyişdirilməsi variantı da istisna deyil.
Mənbə: Mash
© Copyright 2025, All Rights Reserved