Het-trik edən Mbappe özündən razı qalmayıb

Mbappe: “Real Madrid” məni 5 qol vurmaq üçün aldı”.
90plus.az xəbər verir ki, “Real Madrid”in fransalı superulduzu Kilian Mbappe “Kayrat”la oyun barədə danışarkən maraqlı açıqlama verib. Fransalı hücumçu het-trik etməsinə baxmayaraq, öz çıxışından tam razı qalmayıb:
“Bəli, het-trik etdim. Amma 5 qol vəziyyətinə girəndə 5 qol vurmalıyam. 3 deyil, 4 deyil, 5 qol! “Real Madrid” məni məhz buna görə aldı”.
Xatırlatma: Mbappe “Kayrat”a qarşı keçirilən Çempionlar Liqası qarşılaşmasında “Real Madrid”in 5:0 hesablı qələbəsində 3 qolla fərqlənib və 2024/25 mövsümündə ən mötəbər qitə turnirində artıq 5 qola imza atıb.
Kayrat Almatı” qarşısında het-trik edən Kilian Mbappe artıq 60 Çempionlar Liqası qoluna çatdı. Ondan çox qol vuran yalnız 5️⃣ oyunçu var:
🇪🇸 Raul — 71 qol
🇫🇷 Kərim Benzema — 90 qol
🇵🇱 Robert Levandovski — 105 qol
🇦🇷 Lionel Messi — 129 qol
🇵🇹 Kristiano Ronaldo — 140 qol
© Copyright 2025, All Rights Reserved