Hidayət Heydərov 3-cü oldu
Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “Böyük Dəbilqə” turnirində bürünc medal qazanıb.
90plus.az xəbər verir ki, o, təsəlliverici görüşdə Gürcüstan təmsilçisi Giorgi Teraşvilini məğlub edərək bürünc medal uğrunda mübarizə şansı qazanıb. Üçüncü yer uğrunda qarşılaşmada isə İspaniya cüdoçusu Anton Şuxaliyevə qalib gələrək medala sahib olub.
Qeyd: Digər Azərbaycan təmsilçiləri – Kamran Süleymanov (73 kq), Südabə Ağayeva və Aytac Qardaşxanlı (hər ikisi 70 kq) – bu gün tatami üzərinə çıxmalarına baxmayaraq, turniri mükafatsız başa vurublar.
© Copyright 2026, All Rights Reserved