Hindistanın DÇ-2026 yayım hüququ almağa gücü çatmır! Yayımçı yoxdur
Hindistan 2026 Dünya Kubokunu itirə bilər: yayım böhranı milyonlarla azarkeşi izləmədən məhrum edir.
90plus.az xəbər verir ki, 2026 FIFA Dünya Kubokunun başlamasına cəmi həftələr qalmış Hindistanda turnirin yayımlanması ilə bağlı ciddi böhran yaranıb.
Məlumata görə, ölkədə təxminən 1,5 milyard insanın turniri izləmək imkanını itirməsi ehtimalı var. Səbəb isə FIFA ilə Hindistan yayımçıları arasında hələ də razılaşmanın əldə olunmamasıdır.
Hazırda ölkədə Dünya Kubokunun rəsmi televiziya yayımçısı yoxdur və danışıqlar davam etsə də, vaxtın azlığı vəziyyəti daha da çətinləşdirir.
Mənbəyə görə, əsas problemlərdən biri həm qiymət gözləntiləri, həm də Hindistan bazarının yayım modeli ilə bağlı fərqlərdir.
İdman hüququ üzrə mütəxəssis və Hindistan idman siyasətində tanınmış fiqurlardan biri olan Nandan Kamat məsələ ilə bağlı bildirib:
“Hindistan bazarı daha çox kütləvi güc bazarıdır. Burada əsas məsələ istəkdən çox rəqəmlərdir.”
O əlavə edib ki, Hindistanda yayımçılar daha çox reklam gəlirlərinə əsaslanır, abunəlik modeli isə zəif inkişaf edib.
Qətər Dünya Kuboku zamanı izlənmə rəqəmləri yüksək olsa da, bu, yayım hüququnu alan Viacom18 kanalımı gəlir baxımından qane etməyib.
Mütəxəssislər hesab edir ki, FIFA bazarın genişliyini qorumaq istəyirsə, qiymət siyasətinə yenidən baxmalı olacaq.
Kamat müqayisə üçün “Netflix” və “Formula 1” modellərini də misal gətirib. Onun sözlərinə görə, hər iki platforma daha geniş auditoriyaya çatmaq üçün qiymət strategiyalarını dəyişib.
Hazırda Hindistanda Dünya Kubokunun yayım hüququ ilə bağlı danışıqlar davam edir, lakin nəticə hələ də qeyri-müəyyəndir.
© Copyright 2026, All Rights Reserved