Əhmədlidə derbi üstündə dava

Bakıda azarkeşlər arasında derbiyə görə dava düşdü.
90plus.az xəbər verir ki, Türkiyə çempionatının 6-ci turunda azarkeşlər derbi həyəcanı yaşayıblar. "Fənərbağça" öz meydanında "Qalatasaray"ı qəbul edib.
Bakının Əhmədli qəsəbəsində "Fənərbağça 1 - 3 Qalatasaray" oyunundan sonra klubun fanatları arasında dava düşüb.
Əlbəyaxa dava polisin müdaxiləsindən sonra dayanıb. Bir neçə şəxsin saxlanıldığı bildirilir.
Qeyd: "Fənərbağça" öz meydanında "Qalatasaray"a 3-1 hesabı ilə məğlub olub.
© Copyright 2025, All Rights Reserved