“Həmişə inamla işləyirəm, çünki bu mütləq olmalıdır” Qurban Qurbanov

📝 Qurban Qurbanov “Kopenhagen” qələbəsini şərh etdi.
90plus.az xəbər verir ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının 2-ci turunda “Kopenhagen” üzərində 2:0 hesablı qələbə ilə bağlı fikirlərini bölüşüb:
“Futbolçuları və azarkeşləri təbrik edirəm. Bu gün meydanda birlikdə idilər. Gözəl qalibiyyət qazandıq. Oyunçular rəqibdən çəkinmədilər, mübarizə apardılar. Bu cür ruh qarşıdakı matçlarda da faydalı olacaq. Rəqibimizə uğurlar arzulayıram. Onlar da yaxşı komandadır və pozitiv yanaşırlar”, – deyə Qurbanov bildirib.
Baş məşqçi həmçinin avrokuboklarda yüksək nəticə əldə etmək istədiyini vurğulayıb:
“Bu mövsüm avrokuboklarda daha yaxşı nəticəyə ümid edirdim. Həmişə inamla işləyirəm, çünki bu mütləq olmalıdır. Birimiz qorxsaq və çəkinsək, uğur qazana bilmərik. İnamsız meydana çıxsaq, məğlub olarıq. Bəlkə də, iki turdan sonra altı xal gözləmirdim, amma inanırdım. Cənab Prezident İlham Əliyev də bizi təbrik edib, ona təşəkkür edirəm. Bu, məsuliyyətimizi daha da artırır.”
Qeyd: Qurban Qurbanovun komandası oktyabrın 22-də Çempionlar Liqasının üçüncü tur matçı üçün “Atletik Klub”un qonağı olacaq.
© Copyright 2025, All Rights Reserved