Hoylund “Yunayted”i, “Roma” isə Hoylundu istəyir

Rasmus Hoylund bu yay “Mançester Yunayted”dən ayrılmaq istəmir.
90plus.az xəbər verir ki, gənc hücumçu klubda qalmağa qərarlıdır (📰:Fabrizio Romano).
Amma italiyalı jurnalist Canluka Di Marzio-nun məlumatına görə, “Roma” yaxın günlərdə “Mançester Yunayted”in hücumçusu Rasmus Hoylundu transfer etmək üçün rəsmi addım atmağa hazırlaşır.
A Seriyası təmsilçisi hücum xəttini gücləndirmək niyyətindədir. Bu qərar Tami Abrahamın Türkiyənin “Beşiktaş” klubuna keçidindən sonra verilib.
22 yaşlı Hoylund “Roma”nın transfer siyahısında yaxından izlənilən namizədlərdən biridir. Klub ingilis forvardın yerini doldurmaq üçün ciddi axtarışdadır.
Hələlik “Yunayted”ə rəsmi təklif göndərilməsə də, “Roma”nın yaxın vaxtlarda danimarkalı hücumçunun transfer imkanını öyrənmək üçün “Mançester Yunayted”lə əlaqə saxlayacağı gözlənilir.
Hoylund 2023-cü ildə “Atalanta”dan “Yunayted”ə yüksək məbləğlə transfer olunmuşdu. Lakin o, “Old Trafford”da sərt rəqabət və qeyri-sabit formada çıxışla üzləşib.
Keçən mövsüm Rasmus Hoylund bütün turnirlərdə ümumilikdə 58 oyunda iştirak edib, 11 qol vurub və 2 assist edib.
© Copyright 2025, All Rights Reserved