Həsrət Cəfərov: “Bürünc medal qazandığım üçün xoşbəxtəm”

Paris-2024-də bürünc medal qazanan Həsrət Cəfərov təəsüratlarını bölüşüb.
90plus.az xəbər verir ki, Həsrət sevincini belə ifadə edib:
“Məni dəstəkləyən və qələbəmə sevinən hər bir kəsə öz minnətdarlığımı bildirirəm. Bürünc medal qazandığım üçün xoşbəxtəm.
Amma təbii ki, qızıl medalın sevinci bir başqa olardı. Şükürlər olsun ki, olimpiadadan əliboş qayıtmadım. Sanki güləşçilərimizin üzərində qara buludlar var idi, medal qazana bilmirdilər.
İnşallah, digər güləşçilərimiz uğurun davamını gətirəcək".
Qeyd: Bu medal Azərbaycanın güləşdə ilk, yunan-Roma güləşçilərinin yarışında isə ilk və tək mükafat olub.
Mənbə: Report
© Copyright 2025, All Rights Reserved