“Hyuston Rokets” öz meydanında “Yuta Caz”ı məğlub etdi
ABŞ Milli Basketbol Assosiasiyasında (NBA) “Hyuston Rokets” doğma arenada “Yuta Caz” üzərində inamlı qələbə qazanıb – 125:105.
90plus.az xəbər verir ki, “Toyota Center”də keçirilən qarşılaşmada “Rokets”in heyətində Jabari Smit Jr. 31 xal və 9 ribaundla matçın ən məhsuldar oyunçusu olub. Amen Tompson 20 xal və 7 ribaundla qələbəyə töhfə verib. Kevin Durant 18 xal topladığı halda, Alperen Şengün 16 xal, 9 ribaund və 9 assistlə “tripl-dabl”a çox yaxın olub.
Ardıcıl üçüncü məğlubiyyətini alan “Caz”ın heyətində Lauri Markkanen 29 xalla fərqlənib. Ehtiyat oyunçular skamyasından meydana daxil olan Brice Sensabaugh isə 26 xal toplayıb.
“Caz”ın forvardı Vince Uilliams Jr. ikinci hissədə sol dizindən zədələnərək oyunu davam etdirə bilməyib.
Digər oyunda “San Antonio Spörs” səfərdə “Detroyt Pistons”u 114:103 hesabı ilə məğlub edərək qələbə seriyasını 9 matça çatdırıb.
“Little Caesars Arena”da baş tutan görüşdə Victor Uembanyama 21 xal, 17 ribaund və 6 blokla komandasının əsas qəhrəmanlarından olub. Devin Vassell isə 28 xalla seçilib.
Beş oyunluq qələbə seriyası başa çatan Şərq Konfransının lideri “Pistons”un heyətində Jalen Duren 25 xal və 14 ribaundla ən məhsuldar basketbolçu olub. Cade Cunningham isə 16 xal və 10 assistlə oyunu tamamlayıb.
© Copyright 2026, All Rights Reserved