İtalyanların yüksələn ulduzu Ərəbistana üz tutdu

90plus.az xəbər verir ki, "Atalanta" klubunun 26 yaşlı italyan hücumçusu Mateo Retegi Səudiyyə Ərəbistanının "Əl-Qadisiyyə" klubuna transfer olunub.
Transfer çərçivəsində "Əl-Qadisiyyə" italiyalı futbolçunun keçidi üçün "Atalanta" klubuna 68,3 milyon avro ödəyəcək. Mateo Retegi yeni klubu ilə 3 illik müqaviləyə imza atıb.
Futbolçu bu müddət ərzində "Əl-Qadisiyyə" klubundan ümumilikdə 20 milyon avro gəlir əldə edəcək.
© Copyright 2025, All Rights Reserved