İbrahimoviç: "Ballon d'Or"u Yamala verərdim"

2025-ci il "Ballon d'Or" mükafatının sahibi Usman Dembelenin olması futbol ictimaiyyətində geniş müzakirələrə səbəb olub. "Barselona"nın gənc ulduzu Lamin Yamal isə ikinci yeri tutub.
90plus.az xəbər verir ki, əfsanəvi hücumçu Zlatan İbrahimoviç bu mövzu ilə bağlı fikirlərini bölüşüb. Təcrübəli futbolçu mükafatın 18 yaşlı Yamala verilməsinin daha ədalətli olacağını bildirib.
"Futbolçunu fərdi olaraq fərq yaratma qabiliyyətinə görə dəyərləndirməlisiniz. Məncə, Yamal bunu bacardı. Mən olsaydım, 'Ballon d'Or'u ona verərdim", – deyə İbrahimoviç "Gazzetta dello Sport"a açıqlamasında bildirib.
© Copyright 2025, All Rights Reserved