“İdman paytaxtı”nın loqosu sazla bəzəndi
Azərbaycanın “İdman Paytaxtı”nın rəsmi loqosu təqdim edilib.
90plus.az xəbər verir ki, yeni loqoda Qazax rayonunun əsas rəmzlərindən olan Göyəzən dağı və Dilbaz atı təsvir olunub. Bu elementlər bölgənin gücünü, çevikliyini və zəngin idman ənənələrini simvolizə edir.
Layihə çərçivəsində seçilən şüar da Qazaxın idman ruhunu və dinamik həyat tərzini əks etdirir — “Qazax – hərəkətə qoşul!”
Qeyd: “İdman Paytaxtı” layihəsi regionlarda idmanın kütləviliyinin artırılması və sağlam həyat tərzinin təşviqi məqsədi daşıyır.
© Copyright 2026, All Rights Reserved