İdmançılar Paris Olimpiya kəndindəki şəraitdən narazıdır

Paris Yay Olimpiya Oyunlarında iştirak edəcək bəzi iştirakçılar Olimpiya kəndindəki yaşayış şəraitindən narazılıqlarını bildiriblər.
90plus.az xəbər verir ki, idmançılar sosial şəbəkələrdə karton çarpayılardan, yeməklərdən, televizorun olmamasından şikayətlənirlər.
Bu barədə fransalı cüdoçu Jülyen Bryular qeyd edib:
“Bu, zarafat deyil, gördüyünüz kimi, olimpiya çarpayısı kartondandır”.
Bildirilib ki, karton çarpayılar idmançılar üçün sürpriz olmayıb, çünki 2021-ci ildə Tokioda keçirilən Yay Olimpiya Oyunlarında onlardan artıq istifadə olunub. Amma o zaman da bu addım tənqid olunmuşdu. Builki olimpiada üçün isə təşkilatçılar Yaponiyanın “Airweave” şirkətindən 16 min belə çarpayı sifariş ediblər.
Qeyd: Paris Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.
Mənbə: Le Figaro
© Copyright 2025, All Rights Reserved