İkardi 11 illik evliliyinə son qoydu
"Qalatasaray" klubunun futbolçusu Mauro İkardi həyat yoldaşı Vanda Nara ilə yollarını ayırıb.
90plus.az xəbər verir ki, cütlük arasındakı uzun müddətdir davam edən mübahisəli məhkəmə prosesi başa çatıb və onlar rəsmi olaraq boşanıblar.
Lakin İkardi və Nara arasında övladlarının qəyyumluğu və əmlakın bölüşdürülməsi ilə bağlı məhkəmə prosesi hələ davam edir.
Xatırlatma: İkardinin sərvəti 77 milyon avro dəyərində qiymətləndirilir.
O, 2014-cü ildə Nara ilə ailə həyatı qurub və onların bu evlilikdən iki övladı dünyaya gəlib.
© Copyright 2026, All Rights Reserved