İkardi Naranı fırıldaqçılığa görə məhkəməyə verib
Argentinalı futbolçu Mauro İkardi keçmiş həyat yoldaşı Vanda Naranın ortaq hesabından onun hesabına 7 milyon avro köçürdüyünü iddia edərək məhkəməyə müraciət edib.
90plus.az xəbər verir ki, "Qalatasaray"ın argentinalı ulduz futbolçusu Mauro İkardi ilə keçmiş həyat yoldaşı Vanda Nara arasındakı gərginlik səngimir. Bu dəfə İkardi Naranı icazəsiz ortaq hesabından 7 milyon avro özünə köçürməkdə ittiham edib.
İtaliyada ortaq mülkləri olduğu üçün İtaliyada boşanmaq üçün məhkəməyə müraciət edən İkardi ilə Vanda Nara arasında hüquqi və iqtisadi mübarizə davam edir.İtaliya mediasında çıxan xəbərlər belədir.
İkardi bununla bağlı cinayət işi açıb. İkardinin ittihamları “fırıldaqçılıq və mənimsəmə” çərçivəsində nəzərdən keçirilsə də, Nara hələlik mövzu ilə bağlı açıqlama verməyib.
© Copyright 2026, All Rights Reserved