İki İstanbul klubu eyni futbolçunu istəyir
“Al-Nassr”ın yarımmüdafiəçisi Marselo Brozoviç karyerasını Türkiyədə davam etdirməyə yaxın görünür.
90plus.az xəbər verir ki, 33 yaşlı xorvatiyalı futbolçu “Beşiktaş”ın transfer planlarında yer alır.
Xorvatiyalı oyunçu ilə “Fənərbağça”nın da maraqlandığı qeyd olunur. Lakin onun İstanbul təmsilçilərindən hansını seçəcəyi hələlik məlum deyil.
Brozoviçin “Al-Nassr”lə müqaviləsi 2026-cı ilin iyunun 30-dək qüvvədədir. O, karyerası ərzində “Lokomotiva” (Xorvatiya), “Dinamo” (Zaqreb) və “İnter” klublarının formasını geyinib.
© Copyright 2026, All Rights Reserved