İlin ən yaxşısı Maykl Olise oldu
“Bayern Münhen” azarkeşləri 2026-cı ilin yanvar ayı üçün komandanın ən yaxşı futbolçusunu seçiblər.
90plus.az xəbər verir ki, klubun rəsmi açıqlamasına görə, Maykl Olise səslərin 31 faizini toplayaraq ayın oyunçusu olub. Harri Keyn 14 faizlə ikinci, Luis Dias isə 13 faizlə üçüncü yeri tutub.
Bu, Olisenin cari mövsümdə ikinci belə mükafatı olub. O, daha əvvəl 2025-ci ilin avqust ayında da ayın ən yaxşısı seçilmişdi.
Fransalı cinah oyunçusu yanvar ərzində möhtəşəm performans sərgiləyib. O, yeddi rəsmi oyunda 11 qol töhfəsi verib – 3 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
Olisenin ən yaddaqalan çıxışı Leypsiqdə 5:1 hesablı qələbə ilə başa çatan görüşdə olub. O, 56-cı dəqiqədə ehtiyatdan meydana daxil olaraq bir qol vurub və üç assist edib, beləliklə matçın taleyini həll edən əsas fiqura çevrilib.
© Copyright 2026, All Rights Reserved