İlya Zabarni sosial mediada gözümçıxdıya salındı
İlya Zabarni ətrafında sosial mediada böyük rezonans doğuran hadisə futbol ictimaiyyətində müzakirə mövzusuna çevrilib.
90plus.az xəbər verir ki, PSJ-nin müdafiəçisi yaxın günlərdə Coca-Cola-nın 2026 Dünya Çempionatı üçün rəsmi səfiri olduğunu elan edib. Lakin bu əməkdaşlıq dərhal qalmaqala səbəb olub.
İddialara əsasən, reklam çarxında istifadə olunan “Jump” (Van Halen) mahnısı "Marsel" azarkeşləri üçün simvolik himn kimi qəbul edilir. Bu isə sosial şəbəkələrdə xüsusilə “Marsel" azarkeşləri tərəfindən tənqid və istehza dalğası yaradıb.
Eyni zamanda, Ukrayna azarkeşləri də futbolçunu tənqid edib. Onların narazılığı ondan ibarətdir ki, Ukrayna milli komandası 2026 Dünya Çempionatına vəsiqə qazana bilmədiyi halda, Zabarni turniri təbliğ edən kampaniyada iştirak edir.
Sosial şəbəkələrdə futbolçuya qarşı həm zarafatlar, həm də ciddi tənqidlər paylaşılır və mövzu hazırda trendə çevrilib.
© Copyright 2026, All Rights Reserved