“İmişli” 14 oyun sonra uddu
“İmişli” nəhayət qələbə qazandı – 14 oyunluq həsrət bitdi.
90plus.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının 27-ci turunda son oyun günündə maraqlı qarşılaşma baş tutub. Turnir cədvəlinin aşağı pillələrində qərarlaşan “Qəbələ” doğma meydanda “İmişli”ni qəbul edib.
Gərgin və ehtiyatlı keçən matçın taleyini bir qol həll edib. Görüşün 45-ci dəqiqəsində Dioqo Rollo fərqlənərək “İmişli”yə vacib qələbə qazandırıb:
Qəbələ 0 - 1 İmişli
Dioqo Rollo 45’
Qol: https://t.me/doxsanplus/116238
Bu nəticə ilə “İmişli” uzun müddətdir davam edən uğursuz seriyasına son qoyub. Komanda çempionatda 14 oyundan sonra ilk qələbəsini əldə edib. Bu müddətdə kollektiv 8 məğlubiyyət almış, 6 oyunda isə heç-heçə etmişdi.
Hazırda “İmişli” turnir cədvəlində 9-cu pillədə qərarlaşır. “Qəbələ” isə 11-ci yerdə qalmaqda davam edir.
© Copyright 2026, All Rights Reserved