"İmişli" FK AFFA-ya şikayət edəcək

“İmişli” AFFA-nın qərarına qarşı apellyasiya verəcək.
90plus.az xəbər verir ki, “İmişli” klubu AFFA İntizam Komitəsinin qərarı ilə razılaşmayıb və apellyasiya şikayəti verəcəyini açıqlayıb. Bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Açıqlamada qeyd olunub ki, bu gün keçirilən iclasda çıxarılan qərarlar ağır hesab olunur və müvafiq hüquqi çərçivədə Apellyasiya Arbitraj Tribunalına müraciət ediləcək.
Xatırlatma: AFFA İntizam Komitəsi Misli Premyer Liqasının IV turunda “Sumqayıt”la keçirilən oyunda (1:0) adı protokolda olmayan İbrahim Əliyevin meydana çıxması səbəbindən “İmişli”yə 0:3 hesablı texniki məğlubiyyət vermiş, klub əlavə olaraq 5 min manat cərimələnmişdi.
© Copyright 2025, All Rights Reserved